İsrailli qolkiper Haalandın iki penaltisini qaytarıb
11.10.2025 - 21:46
İsrailli qolkiper Haalandın iki penaltisini qaytarıb

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçirilən Norveç - İsrail matçında maraqlı hadisə yaşanıb.

Apasport.az xəbər verir ki, qonaqların qapıçısı Daniel Perets oyunun 5-ci və 6-cı dəqiqələrində Erlinq Haalandın ardıcıl iki penalti zərbəsini qaytarıb.

Belə ki, baş hakim Şimon Marçinyak qapıçının ilk zərbə zamanı qaydanı pozduğunu əsas gətirərək, penalti zərbəsinin yenidən təkrarlanmasına qərar verib. Lakin Perets Haalandın ikinci cəhdini də qola çevirməyə imkan verməyib.

Qeyd edək ki, bu oyundan öncə Norveç 15 xalla I qrupuna başçılıq edirdi, İsrail isə 9 xalla üçüncü pillədə qərarlaşmışdı.