Kamilo Duran: “Əlimizdən gələni edəcəyik ki, uğurlu nəticə qazanaq”
17.02.2026 - 17:04
Kamilo Duran: “Əlimizdən gələni edəcəyik ki, uğurlu nəticə qazanaq”

“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində evdə “Nyukasl”la qarşılaşacaq.

Apasport.az xəbər verir ki, Ağdam təmsilçisinin futbolçusu Kamilo Duran oyunöncəsi keçirilən mətbuat konfransında bir sıra açıqlamalar verib:

"Fərqindəyik ki, bizi tarixi oyun gözləyir. Doğma azarkeşlər qarşısında matç çıxacağıq. Əlimizdən gələni edəcəyik ki, uğurlu nəticə qazanaq".

- Son matçınız da İngiltərə təmsilçisinə qarşı olub. Onlara qarşı oyunda hansı məqama xüsusi diqqət yetirmək lazımdır?
- ⁠İngilis klubları çox sürətli və fiziki cəhətdən güclü olur. Onlara qarşı bunu hiss etmişdim. Düşünürəm ki, yaxşı hazırlaşmışıq. Çətin rəqib olsa da, uyğun fürsətlərdən istifadə etməyə çalışacağıq.

- Karyeranın əsas səhifəsi burada yazılır. Bu matçla bağlı hisslərin necədir?
- ⁠Təbii ki, mənim üçün çox xoşdur. “Qarabağ”la bu yolu keçmək karyeramın ən uğurlu dönəmidir. Gəncəm, daha çox çalışmalı, sürətli olmalıyam.

- Mövsüm ərzində effektiv performans sərgiləyirsən. Dünya çempionatı üçün Kolumbiya millisindən təklif varmı?
- ⁠Bu mövsümü həqiqətən uğurlu keçirirəm, xoşbəxtəm. Kolumbiya millisində oynamaq uşaqlıq arzumdur. Belə davam etsəm, hər keçən gün buna daha yaxın olacam. Hansısa bir dəvət olmayıb.

- Sabah qol vursan, Cekson Martinez və Radamel Falkaoya çatırsan. Hər ikisinin ÇL-də 5 qolu var…
-  ⁠Təbii ki, buna hazıram. Ötən həftə oyunlar olsa da, “Nyukasl”ı düşünürdüm. İnanıram buna çatacağıma.

Qeyd edək ki, "Qarabağ" - "Nyukasl" görüşü fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.