"Kayrat" bura qədər: 2 komanda Çempionlar Liqası ilə vidalaşdı
21.01.2026 - 09:22
"Kayrat" bura qədər: 2 komanda Çempionlar Liqası ilə vidalaşdı

Çempionlar Liqasında iştirakını başa vuracaq iki komandanın adına aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, VII tur çərçivəsində dünən baş tutan matçlardan sonra Qazaxıstanın “Kayrat” və İspaniyanın “Vilyarreal” komandasının ilk “24-lük”dən kənarda qalacağı dəqiqləşib.

Hazırda “Kayrat” 36-cı, “Vilyarreal” 35-cidir. Tərəflərin hərəyə bir xalı var və riyazi olaraq pley-offa vəsiqə şansları qalmayıb.