KL: "Sabah” mübarizəni dayandırdı - YENİLƏNİB
14.08.2025 - 21:53
KL: "Sabah” mübarizəni dayandırdı - YENİLƏNİB

UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçirilməyə davam edir.

Apasport.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Sabah" evdə "Levski"ni qəbul edib.

Oyun "Bank Respublika Arena"da baş tutub. Görüş Bakı vaxtı ilə saat 20:00-da start götürüb.

Azarkeşlər 2 qola şahidlik ediblər. "Sabah" öz meydanında rəqibinə 0:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, bu komandalar arasında ilk matçı Bolqarıstan təmsilçisi 1:0 hesabı ilə qalib başa vurmuşdu.

UEFA Konfrans Liqası
III təsnifat mərhələsi, cavab oyunu
20:00. "Sabah" - "Levski" 0:2
“Sabah”:
 92. Stas Pokatilov, 5. Rəhman Daşdəmirov, 3. Stiv Solvet, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 13. İvan Lepinitsa, 22. Zinədin Uld Xaled, 7. Boyan Letiç, 70. Cesse Sekidika, 18. Pavol Safranko (k), 20. Coy-Lens Mikels
Baş məşqçi: Valdas Dambrauskas
“Levski”: 92. Svetoslav Vutsov, 21. Aldair Neveş, 50. Kristian Dimitrov, 4. Kristian Makun, 3. Maykon, 10. Asen Mitkov, 17. Everton Bala, 18. Qasper Trdin, 88. Marin Petkov (k), 77. Borislav Rupanov, 99. Radoslav Kirilov
Baş məşqçi: Xulio Velaskes