Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutub.
Mərasimdə Azərbaycan təmsilçilərinin də rəqibləri bəlli olub.
"Sabah" I qrupun səpələnməmişləri arasında qərarlaşıb. Komandamız "Levski" səddini adlayarsa, "AZ Alkmaar" (Niderland) - "Vaduts" (Lixtenşteyn) cütünün qalibi ilə qarşılaşacaq.

"Araz-Naxçıvan" isə IV qrupun səpələnmişləri arasında yer alıb. Təmsilçimiz PAOK (Yunanıstan) – “Volfsberqer” (Avstriya) cütünün məğlubu ilə üz-üzə gələcək.

Qeyd edək ki, bu raundun ilk oyunları avqustun 21-də, cavab görüşləri 28-də olacaq. "Sabah" ilk oyunu evdə, "Araz-Naxçıvan" isə səfərdə keçirəcək.
- İspaniyada skandal: ÇL himni əvəzinə Avropa Liqasının musiqisi səsləndirilib
- ÇL: "Real" "Siti"yə, "Napoli” “Benfika”ya məğlub oldu - YENİLƏNİB
- Qurban Qurbanov: "Bu, Azərbaycan futbolunun real vəziyyətidir"
- Mateuş Koxalski: “Çox əsəbiyəm”
- “Ayaks”ın baş məşqçisi: “Bugünkü qələbədən sonra özgüvənimiz artacaq”