KL: “Zirə” “Hayduk”la üz-üzə - YENİLƏNİR
23.07.2025 - 09:13
KL: “Zirə” “Hayduk”la üz-üzə - YENİLƏNİR

Bu gün “Zirə” UEFA Konfrans Liqasındakı çıxışına start verəcək.

Apasport.az xəbər verir ki, Rəşad Sadıqovun yetirmələri Xorvatiyanın “Hayduk” klubunu qəbul edəcək.

"Neftçi Arena" stadionunda keçiriləcək qarşılaşma saat 19:30-da start götürəcək.

Qeyd edək ki, cavab görüşü iyulun 31-də Split şəhərində baş tutacaq.

UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, ilk oyun

19:30 "Zirə" – "Hayduk"