Klublararası Dünya Çempionatının finalında qalmaqal - VİDEO
14.07.2025 - 09:35
Klublararası Dünya Çempionatının finalında qalmaqal  - VİDEO

Ötən gün FIFA Klublararası Dünya Çempionatının final qarşılaşması baş tutub.

Apasport.az xəbər verir ki, həlledici oyunda “Çelsi” və PSJ komandaları üz-üzə gəlib.

Görüş londonluların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Final fitindən sonra PSJ-nin baş məşqçisi Luis Enrike ilə “Çelsi”nin yeni transferi Joao Pedro arasında mübahisə yaşanıb.

Mübahisə zamanı ispaniyalı mütəxəssis futbolçunun çənəsindən tutaraq onu itələyib.

Həmin kadrları təqdim edirik: