Kompani: "Qələbə üçün kifayət qədər çalışmadıq"
23.01.2025 - 14:54
“Bavariya”nın baş məşqçisi Vinsent Kompani Çempionlar Liqasında “Feyenoord”a uduzduqları görüşü şərh edib.
Apasport.az xəbər verir ki, mütəxəssis məğlub olduqları matçla bağlı bunları deyib:
“Düzü, rəqib qələbəyə layiq idi. Çox qaçdılar, əzmkar mübarizə apardılar. Çoxlu şanslarımız var idi və azı bir qol vurmalı idik. Bununla belə rəqib düşən hər imkanı dəyərləndirdi. Biz isə qələbə üçün kifayət qədər iş görmədik. Qarşıda növbəti oyunumuz var və buna köklənməliyik”.
Qeyd edək ki, ÇL-in Liqa mərhələsinin VII turunda “Bavariya” “Feyenoord”a uduzub - 3:0.
- AL: "Aston Villa" Fransadan, "Midtyullan" İngiltərədən qalib ayrılıb - YENİLƏNİB
- ÇL: Həftənin ən yaxşısı bəlli olub
- Millimizdən biabırçı məğlubiyyət: 0:11!
- “Real” və PSJ-dən qələbə, “Bodo-Qlimt” nağılı davam edir - YENİLƏNİB
- ÇL: “Qalatasaray”dan minimalhesablı qələbə, “Atletiko” və “Bavariya”dan darmadağın - YENİLƏNİB
0
0