Konfrans Liqası: 1/8 final və pley-offa yüksələnlər
19.12.2025 - 09:18
Konfrans Liqası: 1/8 final və pley-offa yüksələnlər

UEFA Konfrans Liqasında Liqa mərhələsinə yekun vurulub.

Apasport.az xəbər verir ki, 36 komanda arasında 1-8-ci yerləri tutanlar birbaşa 1/8 finala, 9-24-cü yerlər isə pley-off mərhələsinə yüksəlib.

1/8 finala vəsiqə qazananlar:

“Şaxtyor” (Ukrayna), “Strasburq” (Fransa), “Rakuv” (Polşa), AEK (Yunanıstan), “Sparta” (Çexiya), “Valyekano” (İspaniya), “Maynts” (Almaniya), AEK (Kipr).

Pley-off mərhələsinə vəsiqə qazananlar:

“Lozanna” (İsveçrə), “Kristal Pelas” (İngiltərə), “Lex” (Polşa), “Samsunspor” (Türkiyə), “Çelye” (Sloveniya), AZ (Niderland), “Fiorentina” (İtaliya), “Riyeka” (Xorvatiya), “Yagelloniya” (Polşa), “Omoniya” (Kipr), “Noa” (Ermənistan), “Drita” (Kosovo), “KuPS” (Finlandiya), “Şkendiya” (Şimali Makedoniya), “Zrinski” (Bosniya), “Siqma” (Çexiya”).

Pley-off mərhələsinin püşkü yanvarın 16-da atılacaq. Matçlar 19 və 26 fevralda olacaq.