Kurtua Şifoya çatdı: Belçika rekorduna şərik oldu
22.06.2026 - 13:41
Kurtua Şifoya çatdı: Belçika rekorduna şərik oldu

Belçika millisinin qapıçısı Tibo Kurtua dünya çempionatları tarixində ölkə rekorduna şərik olub.

Apasport.az xəbər verir ki, 34 yaşlı qolkiper DÇ-2026-nın G qrupunun II turunda İranla qolsuz heç-heçə başa çatan matçında meydana çıxıb.

Bu qarşılaşma Kurtuanın dünya çempionatlarında 17-ci oyunu olub. O, bununla Belçika millisinin mundiallarda ən çox oyun keçirən futbolçusu olan sabiq yarımmüdafiəçi Entso Şifonun göstəricisini təkrarlayıb.

Qeyd edək ki, Tibo Kurtua Belçika millisində debütünü 2011-ci il noyabrın 15-də edib. Təcrübəli qapıçı yığmanın heyətində ümumilikdə 111 oyun keçirib.