“Levski”nin futbolçusu: “Bakıda da qələbə bizim olacaq”
13.08.2025 - 20:09
“Levski”nin futbolçusu: “Bakıda da qələbə bizim olacaq”

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Sabah" - "Levski" matçından öncə qonaqların futbolçusu Qasper Trdin mətbuat konfransında iştirak edib.

"Baş məşqçimizin bütün tapşrıqlarını yerinə yetirməyə tam hazırıq. İnanırıq ki, Bakıdakı matçda da qələbə bizim olacaq. Sabahkı görüşə 100 faiz hazırıq".

Qeyd edək ki, "Sabah" - "Levski" görüşü avqustun 14-də, saat 20:00-da "Bank Respublika Arena"da keçiriləcək.