
UEFA Millətlər Liqasının V turunun İsveç - Azərbaycan matçından öncə yığmamızın futbolçusu Mahir Emreli mətbuat konfransında iştirak edib.
"Sabah güclü rəqibə qarşı oynayacağıq. Bizi çətin qarşılaşma gözləyir. Rəqibin adı bəllidir. Buna baxmayaraq, öz oyunumuzu göstərib, yaxşı nəticə üçün savaşacağıq. Hər bir hücumçunun istəyi qol vurmaqdır. Ancaq millidə daha önəmlisi qələbə qazanmaqdır. Hamımız bura yaxşı nəticə üçün toplaşırıq. Düzdür, mən də İsveçlə matçda qol vurmaq istərdim. Bunun qələbə qolu olması mənim üçün daha vacibdir”.
Qeyd edək ki, noyabrın 19-da Solna şəhərindəki “Friends Arena”da keçiriləcək İsveç – Azərbaycan matçı saat 23:45-da start götürəcək.
- AL: “Latsio” səfərdə məğlub oldu, Fransada dramatik sonluq - YENİLƏNİB
- Konfrans Liqası: "Çelsi"dən darmadağın, “Betis” yarımfinalın bir addımlığında - YENİLƏNİB
- Çempionlar Liqası: Rafinya Messinin rekordunu qırıb
- ÇL: “Barsa”dan darmadağın, PSJ-dən inamlı qələbə - YENİLƏNİB
- ÇL: Almaniyada dramatik sonluq, "Arsenal"dan darmadağın - YENİLƏNİB