Messi 1000-ci oyununda
03.12.2022 - 23:12
Messi 1000-ci oyununda

Argentina millisinin hücumçusu Lionel Messi DÇ-2022-nin 1/8 final mərhələsinin Avstraliya yığması ilə oyununda 1000-ci matçına çıxıb.

Apasport.az xəbər verir ki, 35 yaşlı argentinalı karyerasının böyük hissəsini “Barselona”da keçirib və orada 778 oyun keçirib.

O, həmçinin PSJ-də 53 və Argentina millisində 169 matçda meydana çıxıb. Lionel Messi bu rəsmi oyunlarda 788 qol vurub.

0