Messi DÇ-2026-da iştirak edəcək? - Skaloni açıqladı
28.03.2025 - 11:49

Futbol üzrə Argentina millisinin baş məşqçisi Lionel Skaloni Lionel Messinin yığmadakı gələcəyi ilə bağlı açıqlama verib.
Apasport.az xəbər verir ki, təcrübəli baş məşqçi "Messi 2026 Dünya çempionatında oynayacaqmı?" sualına belə cavab verib:
"Nə olacağını görəcəyik, hələ çox vaxt var. Bunu qarşılaşmalardan sonra düşünməliyik. Messi nə vaxt istəsə, bu məsələ ilə bağlı qərarını verəcək. Hələlik bu barədə sualları verməyi dayandıraq".
Qeyd edək ki, 2022-ci ildə Argentina millisi ilə dünya çempionu olan Messi yığmanın heyətində 191 matça çıxıb, 112 qol ilə yadda qalıb.
- “Qarabağ”ın futbolçusu Haalandı üstələdi - ƏN YAXŞISI SEÇİLDİ
- Ukraynanın millimizə qarşı heyəti bəlli olub
- Konfrans Liqası: “Samsunspor” Polşadan 3 xalla qayıdır - YENİLƏNİB
- Avropa Liqası: “Portu” evdə, “Aston Villa” səfərdə qalib gəldi - YENİLƏNİB
- Avroliqa tarixində ilk - Türkiyəli qolkiper dalbadal 3 penaltini dəf etdi
0
0