Messi mundial tarixini dəyişir: Qolların 24 faizi ona məxsusdur
23.06.2026 - 13:33
Messi mundial tarixini dəyişir: Qolların 24 faizi ona məxsusdur

Argentina millisinin kapitanı Lionel Messi dünya çempionatlarında daha bir göstərici ilə fərqlənib.

Apasport.az xəbər verir ki, 35 və daha yuxarı yaşda olan futbolçuların mundial tarixində vurduğu qolların 24 faizi argentinalı hücumçuya məxsusdur.

Bu barədə “Opta Analyst” məlumat yayıb. Messi DÇ-2026-da Argentina millisinin ilk iki oyunda vurduğu bütün qolların müəllifi olub. O, əvvəlcə Əlcəzairlə matçda het-trik edib, daha sonra Avstriya ilə II tur qarşılaşmasında dubl müəllifi olub.

Argentina Avstriyanı 2:0 hesabı ilə məğlub edib. Messi bu görüşdə dünya çempionatlarının final mərhələlərindəki qollarının sayını 18-ə çatdırıb və Almaniya millisinin sabiq hücumçusu Miroslav Klozeni geridə qoyub. Klozenin aktivində 16 qol var idi.

Qeyd edək ki, DÇ-2026 iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçirilir. Argentina turnirin son qalibidir.