Millimiz məğlub oldu
07.03.2026 - 20:09
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatı – 2027-nin seçmə mərhələsində ikinci oyununa çıxıb.
Apasport.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan millimiz Macarıstan yığması ilə qarşılaşıb.
Felksut şəhərindəki “Panço Arena”da təşkil olunan görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, millimiz ilk turda Bakıda Şimali Makedoniya yığması üzərində 2:0 hesablı qələbə qazanıb. Komandamız növbəti oyununu aprelin 14-də səfərdə Andorra seçməsinə qarşı keçirəcək.
- Azərbaycan U-20 millisi Moldova və Yaponiya ilə yoldaşlıq oyunu keçirəcək
- Futzal üzrə Çempionlar Liqasında “Araz-Naxçıvan”ın oyunlarının ünvanı müəyyənləşdi
- Mançester derbisində “ŞƏHƏRLİLƏR” SEVİNDİ
- “Beşiktaş” Nərimanın komandasını DARMADAĞIN ETDİ
- Valdas Dambrauskas: “Bu məğlubiyyətdən çox şey öyrənə bilərik”
0
0