Millimiz Şotlandiyaya məğlub olub - YENİLƏNİB
01.10.2026 - 00:23
Millimiz Şotlandiyaya məğlub olub - YENİLƏNİB

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti matçına çıxıb.

Apasport.az xəbər verir ki, yığmamız Avropa çempionatının seçmə mərhələsində Şotlandiya ilə qarşılaşıb,

Görüş Kilmarnok şəhərində baş tutub. Oyun Bakı vaxtı ilə saat 22:30-da start götürüb.

7 qolun vurulduğu matçda sevinən tərəf ev sahibləri olub. Qarşılaşma Şotlandiyanın 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.

22:30 Şotlandiya (U-21) – Azərbaycan (U-21) 5:2