Millimiz yenə məğlub oldu: BU DƏFƏ 5 QOL BURAXDI
17.08.2026 - 13:02
Azərbaycanın qızlardan ibarət U-15 millisi Qazaxıstanda təşkil olunan UEFA İnkişaf Turnirində son oyununu keçirib.
Apasport.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
Yığmamız Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Şimkənd şəhərində yerləşən "Namys" stadionunda baş tutan görüş rəqibin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, U-15 yığması turnirdəki əvvəlki matçlarında Qazaxıstana (1:2) və Rusiyaya (0:13) məğlub olub.
0
0