Millimizin heyəti bəlli oldu
27.03.2026 - 18:20
Millimizin heyəti bəlli oldu

Futbol üzrə Azərbaycan milli komandası “FIFA Series - 2026” beynəlxalq turnirində Sent Lüsiya yığması ilə qarşılaşacaq.

Apasport.az xəbər verir ki, komandamız matça aşağıdakı heyətlə çıxacaq:

23. Rza Cəfərov, 14. Elvin Bədəlov, 15. Bədavi Hüseynov, 2. Rəhman Daşdəmirov, 21. Qismət Alıyev, 8. Emin Mahmudov (k), 13. Emil Səfərov, 20. Rəhim Sadıxov, 3. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 9. Renat Dadaşov.

Qeyd edək ki, matç saat 19:00-da start götürəcək.