Millimizin matçını qazaxıstanlı hakim idarə edəcək
11.10.2025 - 17:35
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Şotlandiya ilə keçirəcəyi oyunun təyinatları açıqlanıb.
Apasport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Sayat Karabayev olacaq. Ona yan xətt hakimləri Yuri Tixonyuk və Yevgeni Belski kömək edəcək. Dördüncü hakim funksiyasını isə Saken Bayımbet yerinə yetirəcək.
Qeyd edək ki, Azərbaycan - Şotlandiya qarşılaşması oktyabrın 14-də saat 19:00-da "Liv Bona Dea Arena"da baş tutacaq.
- Azərbaycan U-20 millisi Moldova və Yaponiya ilə yoldaşlıq oyunu keçirəcək
- Futzal üzrə Çempionlar Liqasında “Araz-Naxçıvan”ın oyunlarının ünvanı müəyyənləşdi
- Mançester derbisində “ŞƏHƏRLİLƏR” SEVİNDİ
- “Beşiktaş” Nərimanın komandasını DARMADAĞIN ETDİ
- Valdas Dambrauskas: “Bu məğlubiyyətdən çox şey öyrənə bilərik”
0
0