Millimizin matçının hakimləri açıqlanıb
05.03.2026 - 14:39
Azərbaycanın qadın futbolçulardan ibarət yığmasının dünya çempionatının seçmə mərhələsində Macarıstana qarşı keçirəcəyi oyunun hakim təyinatları bəlli olub.
Apasport.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda keçiriləcək qarşılaşmanı Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.
Filipa Pereyra Kunya matçın baş hakimi olacaq. Ona yan xətt hakimləri Andreya Souza və Kristiana Moreyra Koşta kömək edəcəklər. Dördüncü hakim funksiyasını Sara Alveş yerinə yetirəcək.
Qeyd edək ki, görüş martın 7-də, Bakı vaxtı ilə saat 17:30-da Felksutdakı "Panço Arena"da keçiriləcək.
- DÇ-2026: Fransa mübarizəyə başlayır - YENİLƏNİR
- Tunis məğlubiyyətdən sonra baş məşqçisini dəyişdi: Renar milliyə gətirildi
- Konfrans Liqası: "ZİRƏ"NİN RƏQİBİNİN ADINA AYDINLIQ GƏLİR - YENİLƏNİR
- Çempionlar Liqası: "SABAH"IN RƏQİBİ BƏLLİ OLUR - YENİLƏNİR
- Avropa Liqası: "QARABAĞ"IN RƏQİBİ MÜƏYYƏNLƏŞİR - YENİLƏNİR
0
0