Bu gün futbol üzrə Türkiyə millisi UEFA Millətlər Liqasının 2026/27 mövsümündə mübarizəyə başlayıb.
Apasport.az xəbər verir ki, A Liqasının I qrupunda yer alan Türkiyə ilk turda Fransa yığmasını qəbul edib.
Kocaeli stadionunda baş tutan görüş Bakı vaxtı ilə saat 22:45-də başlayıb.
Matçı almaniyalı referi Feliks Tsvayer idarə edib.
Bu qarşılaşma Türkiyənin A Liqasındakı ilk sınağı olub.
Gərgin keçən görüşün taleyini 1 qol həll edib. Killian Mbappenin 54-cü dəqiqədə vurduğu top fransızlara 3 xal qazandırıb - 1:0.
Montellanın yetirmələri növbəti görüşünü sentyabrın 28-də İtaliyaya qarşı keçirəcək.
Millətlər Liqası, A liqası
25 sentyabr
22:45. Türkiyə – Fransa 0:1
Qol, K. Mbappe, 54