Oruc Məmmədov: “Əsas millidən dəvət gözləyirdim”
26.03.2026 - 15:23
Oruc Məmmədov: “Əsas millidən dəvət gözləyirdim”

U-21 millimiz sabah AVRO-2027-nin seçmə mərhələsində Portuqaliya ilə qarşılaşacaq.

Apasport.az xəbər verir ki, matçdan öncə yığmamızın futbolçusu Oruc Məmmədovun mətbuat konfransı keçirilib.

"Martın 20-dən birlikdəyim və hazırlaşırıq. Məşqlərimiz də çox yaxşı gedir. Bu gün Portuqaliya ilə oyunqabağı son məşqimizə çıxacağıq. Yaxşı oyun olacağını düşünürük. Portuqaliya yığmasının gücünü də bilirik. Allah qoysa, hər şey bizim üçün yaxşı olar".

- Portuqaliya yığmasından çəkinmirsizki, yoxsa əksinə, özünüzü göstərmək üçündaha yüksək motivasiyanız var?

- Bu cür rəqibə qarşı oynamışıq. Təcrübəmiz var. Çalışacağıq ki, xal və ya xallar qazanaq.

- Ayxan Abbasovun rəhbərliyi altında "Şamaxı"da da oynayırsan. A millidən dəvət gözləyirdin, yoxsa U-21 yığmasında daimi oynamaq yaxşıdır, nəinki ehtiyatda oturmaq?

- Hamının məqsədi A milliyə getməkdir. Açığı, əsas millidən dəvət gözləyirdim. Amma məşqçilər korpusu burada oynamağı uyğun görüblər. İstənilən qərara hörmətlə yanaşıram.