PSJ “Real”la oyuna itkilərlə çıxacaq
08.07.2025 - 17:35
PSJ “Real”la oyuna itkilərlə çıxacaq

PSJ-nin futbolçuları Vilyan Paço və Lukas Hernandes Klublararası Dünya Çempionatının növbəti oyunlarını buraxacaqlar.

Apasport.az xəbər verir ki, hər iki oyunçu 1/4 final mərhələsində “Bavariya” ilə keçirilən oyunda qırmızı vərəqə aldıqları üçün iki oyunluq diskvalifikasiya olunublar.

Bu səbəbdən, onlar turnirin yarımfinal mərhələsində "Real Madrid"ə qarşı keçiriləcək oyunda iştirak edə bilməyəcəklər.

Qeyd edək ki, PSJ ilə "Real Madrid" arasında qarşılaşma iyulun 9-da baş tutacaq.