ABŞ millisinin futbolçusu Kristian Pulişiç DÇ-2026-nın qrup mərhələsinin ilk turunda Paraqvaya qarşı keçirilən oyundan sonra durumuna aydınlıq gətirib.
Apasport.az xəbər verir ki, komandasının 4:1 hesablı qələbə qazandığı matçda Pulişiç fasilədə əvəzlənib.
Amerikalı futbolçu oyundan sonra açıqlamasında sol ayağının baldır nahiyəsinə zərbə aldığını bildirib:
“İlk hissədə ayağıma bir zərbə aldım. Buna görə də ehtiyatlı davranmağa qərar verdik. Ümid edirəm ki, ciddi bir şey yoxdur və yaxın günlərdə yaxşı olacam”.
Pulişiç narahatlığın baldır əzələsi nahiyəsində olduğunu qeyd edib. O, ciddi zədədən söhbət getmədiyini düşünür:
“Bu, ayağın arxa hissəsində, baldır əzələsi nahiyəsindədir. Daha əvvəl də belə hallar yaşamışam. Ona görə də pozitiv düşünürəm. Bunun ciddi zədə olduğunu düşünmürəm”.
Qeyd edək ki, ABŞ millisi Paraqvayı 4:1 hesabı ilə məğlub edib.