“Ayntraxt” – “Qalatasaray” matçının hakimi açıqlanıb
16.09.2025 - 13:40
“Ayntraxt” – “Qalatasaray” matçının hakimi açıqlanıb

Çempionlar Liqasının liqa mərhələsi çərçivəsində keçiriləcək "Ayntraxt" - "Qalatasaray" matçının hakimi müəyyənləşib.

Apasport.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Almaniyada keçiriləcək görüşü italiyalı hakim Marko Quida idarə edəcək.

Qeyd edək ki, komandalar arasında qarşılaşma sentyabrın 18-də, Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək.