"Qalatasaray"ın müdafiəçisindən qeyri-adi statistika
22.08.2024 - 13:52
"Qalatasaray"ın müdafiəçisindən qeyri-adi statistika

Dünən UEFA Çempionlar Liqasının "pley-off" mərhələsi çərçivəsində baş tutmuş "Yanq Boyz" - "Qalatasaray" matçında meydana sonradan daxil olmuş Leo Dübuanın statistikası gündəm olub.

Apasport.az xəbər verir ki, Dübua meydana oyunun 80-ci dəqiqəsində daxil olub və heç nə ilə yadda qala bilməyib. 

Fransalı cinah müdafiəçisi nə müdafiədə, nə də hücumda hər hansı statistik göstəriciyə nail olmayıb və oyunu heç nə etmədən bitirib.

Qeyd edək ki, İsveçrədə keçirilən qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. 

0