“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Ferentsvaroş”u mübarizədən kənarlaşdıraraq turnirin əsas mərhələsinə vəsiqə qazanıb.
Apasport.az saytının əldə etdiyi məlumata görə, Ağdam təmsilçisinin Avropanın ən nüfuzlu klub turnirindən əldə etdiyi gəlir müəyyənləşib.
Belə ki, “köhlən atlar” II təsnifat mərhələsini keçməsinə görə 450 min avro, III təsnifat mərhələsini adlamasına görə 550 min avro, pley-off mərhələsinə yüksəldiyinə görə isə 4,3 milyon avro qazanıb. “Ferentsvaroş” üzərindəki qələbə sayəsində liqa mərhələsinə vəsiqə qazanan komandanın hesabına əlavə olaraq 18,62 milyon avro da daxil olub.
Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının əsas mərhələsində hər qələbəyə görə 2,1 milyon avro, heç-heçəyə görə isə 700 min avro bonus əldə edəcək.
- AL: Zamiq Əliyevin komandası məğlub oldu - YENİLƏNİB
- ÇL: “Fənərbaxça”nın potensial rəqibləri qarşılaşıblar - YENİLƏNİB
- Dambrauskas qələbəyə köklənib - “Öz gücümüzdən istifadə edəcəyik”
- Yakob Poulsen “Sabah”ı təriflədi - “Bizi güclü rəqib gözləyir”
- Konfrans Liqası: "Başakşəhər"dən heç-heçə - YENİLƏNİB