“Qarabağ”ın U-19 komandası İtaliyada məğlub oldu
25.11.2025 - 19:53
“Qarabağ” klubunun U-19 komandası bu gün UEFA Gənclər Liqasının əsas mərhələsində növbəti oyununu keçirib.
Apasport.az xəbər verir ki, Rəşad Sadiqovun rəhbərlik etdiyi kollektiv İtaliyada “Napoli”nin U-19 komandası ilə qarşılaşıb.
Gərgin keçən matç rəqibin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, əvvəlki 4 oyunda da məğlub olan “Qarabağ”ın U-19 komandası Liqa mərhələsində sonuncu – 36-cı pillədə qərarlaşıb.
0
0