Qazaxıstan klubu tarixində bir ilkə imza atıb
27.08.2025 - 00:24
Çempionlar Liqasında pley-off mərhələsinin cavab qarşılaşmaları keçirilir.
Apasport.az xəbər verir ki, Qazaxıstanın “Kayrat” klubu Şotlandiyanın "Seltik" komandasını üstələyib.
Hər iki oyun 0:0 hesabı ilə nəticələndiyi üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan qazaxıstanlılar əsas mərhələyə yüksəlib - 3:2.
Qazaxıstan təmsilçisinin qolkiperi Tamerlan Anarbekov penaltilərdə 3 zərbəni dəf edib.
Qeyd edək ki, "Kayrat" tarixində ilk dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.
- AL: Zamiq Əliyevin komandası məğlub oldu - YENİLƏNİB
- ÇL: “Fənərbaxça”nın potensial rəqibləri qarşılaşıblar - YENİLƏNİB
- Dambrauskas qələbəyə köklənib - “Öz gücümüzdən istifadə edəcəyik”
- Yakob Poulsen “Sabah”ı təriflədi - “Bizi güclü rəqib gözləyir”
- Konfrans Liqası: "Başakşəhər"dən heç-heçə - YENİLƏNİB
0
0