Azərbaycan millisinin futbolçusu Rəhman Daşdəmirov jurnalistlərə açıqlama verib.
"Apasport"un"Misli"nin dəstəyi ilə Reykyavikə ezam olunan əməkdaşı xəbər verir ki, o, DÇ-2026-nın seçmə mərhələsinin İslandiya oyunundan öncə media nümayəndələrinin suallarını cavablandırıb:
“Oyuna yaxşı hazırlaşmışıq. Rəqibi analiz etmişik. İslandiya millisinin zəif və güclü tərəflərini bilirik. Azərbaycana əliboş qayıtmaq istəmirik”.
- Azərbaycanla İslandiya arasında 4 saat fərq var. Adaptasiya prosesini tamamlamısız?
- Bura erkən gəlmişik. Heç bir problem yoxdur.
- Sabahkı oyunda nəyə ümid edək?
- Bura maksimum nəticə üçün gəlmişik. Hər şey yaxşı olacaq.
- Qrupdakı komandalar arasında dişimizə görə olan yalnız İslandiyadır. İlk iki pillədə qərarlaşa bilərik?
- Hələ ki, yalnız sabahkı matçı düşünürük. Sonrasını gələcəkdə biləcəyik. Bütün diqqətimiz sabahadır.
- Yəqin ki, müdafiənin sol cinahında sən yer alacaqsan. Üzərinə böyük yük düşəcək. Məsuliyyətinin fərqindəsən?
- Baş məşqçinin tapşırıqları var. Mən də çalışacam ki, əlimdən gələnin ən yaxşısını edim.
- DÇ: Millimiz 3-cü yer uğrunda matçda məğlub olub - YENİLƏNİB
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- KL: “Trabzonspor” Finlandiya səfərindən 3 xalla qayıdır, “Atalanta” “Pafos”u məğlub edib - YENİLƏNİB
- Avropa Liqasında II tura yekun vurulub – YENİLƏNİB
- AL: "Beşiktaş" 3 xalı 3 qolla qazandı - YENİLƏNİB