Braziliyalı veteran futbolçu Rivaldo “Real”ın üzvü Vinisius Juniora dəstək verib.
Apasport.az saytı xəbər verir ki, rasist təhqirlərə məruz qalan Braziliya yığması üzvünün Madrid klubunu tərk etməsi gündəmə gəlib.
Rivaldo İspaniya çempionatında çıxış edərkən dəfələrlə eyni vəziyyətlə qarşılaşdığını bildirib. O, gənc futbolçuya belə davranışlara diqqət yetirməməyi tövsiyə edib: “Künc zərbəsi yerinə yetirərkən və ya avtobusu tərk edərkən belə halla üzləşmişəm. Vinisius buna görə, “Real”ı tərk etməli deyil.”
Qeyd edək ki, “Valensiya” ilə görüşdə Vinisius təhqirlərə etiraz edərək meydanı tərk etmək istəsə də, komanda yoldaşları tərəfindən çətinliklə sakitləşdirilmişdi.
- ÇL: "Real" "Siti"yə, "Napoli” “Benfika”ya məğlub oldu - YENİLƏNİB
- Qurban Qurbanov: "Bu, Azərbaycan futbolunun real vəziyyətidir"
- Mateuş Koxalski: “Çox əsəbiyəm”
- “Ayaks”ın baş məşqçisi: “Bugünkü qələbədən sonra özgüvənimiz artacaq”
- Qurban Qurbanov: “Ayaks” əvvəlki 5 oyunda edə bilmədiyini bu gün etdi”