UEFA Çempionlar Liqası pley-off mərhələsində "Ferentsvaroş" "Qarabağ"ı qəbul edəcək.
Apasport.az xəbər verir ki, matçdan öncə meydan sahibləri baş məşqçisi Robbi Kinin mətbuat konfransı keçirilib.
"İki komanda eyni gücdədir. Bacardığımız və istədiyimiz kimi oynasaq, rəqibə ciddi problemlər yarada bilərik. Təhlükəli və qol vura bilən futbolçularımız var. Rəqib çox yaxşı komandadır. Güclü komanda ilə qarşılaşacağımızı bilirik. Onların da şansları olacaq. Biz bəzən çox konsentrasiyalı olmalıyıq. Azarkeşlərimizdən xahiş edirəm ki, "Ludoqorets"lə qarşılaşmada hiss etdiyimiz enerjini stadiona gətirsinlər. Matçın açarı bu iki görüşdə qol buraxmamaq olacaq".
Qeyd edək ki, "Ferentsvaroş" - "Qarabağ" qarşılaşması sabah Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab oyunu isə ayın 27-də Bakıda baş tutacaq.
- Fəridə Lüftəliyeva UEFA tərəfindən təyinat alıb
- Azərbaycan və Özbəkistanda təşkil olunacaq FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
- FIFA: “Azərbaycan dünya çempionatına hazırdır” - VİDEO
- Çempionlar Liqası: Münhendə qalib müəyyənləşmədi - YENİLƏNİB
- FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi təşkil olunacaq