"Roma"dan tarixi rekord
25.09.2025 - 13:55
"Roma"dan tarixi rekord

“Roma” Avropa Liqasında rekorda imza atıb.

Apasport.az xəbər verir ki, komanda buna Liqa mərhələsinin I turunun “Nitsa” ilə görüşündə nail olub.

Paytaxt təmsilçisi yarış tarixindəki qələbələrinin sayını 98-ə çatdırıb. 

İtaliya klubu bununla da, “Tottenhem”in göstəricisini geridə qoyub.

Qeyd edək ki, görüş "Roma"nın 2:1 hesablı qələbəsi ilə nəticələnib.