“Sabah” - “Borussiya” matçının hakimləri bəlli olub
18.10.2026 - 13:55
“Sabah” - “Borussiya” matçının hakimləri bəlli olub

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunun "Sabah" - "Borussiya" matçının hakim təyinatları müəyyənləşib.

Apasport.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşmanı ispaniyalı FIFA referisi Xavyer Alberola Roxas idarə edəcək.

Ona həmyerliləri Alfredo Rodriges Moreno və Karlos Alvares Fernandes kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Viktor Qarsiya Verdura yerinə yetirəcək.

Video köməkçi hakim Sesar Soto Qrado, onun assistenti isə Valentin Qomes olacaq.

Qeyd edək ki, “Sabah” - “Borussiya” qarşılaşması oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.