UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsinin “Sabah” – “Levski” (Bolqarıstan) matçına satılan biletlərin sayı bəlli olub.
Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
Bakıda keçiriləcək cavab oyununa 6000 bilet satılıb. "Bank Respublika Arena" baş tutacaq görüşün biletlərinin qiyməti müvafiq olaraq 2, 4, 5 manat təşkil edir. Azarkeşlər biletləri “iTicket.az”ın satış məntəqələrindən, həmçinin stadionun kassalarından əldə edə bilərlər.
Qeyd edək ki, “Sabah” – “Levski” görüşü bu gün saat 20:00-da start götürəcək. İlk oyunda Boqlarıstan təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.
- “Qalatasaray”a "Yuventus"a qarşı oyunlarda onlar kömək edəcək: 3 yeni futbolçu
- Avropa Liqası: “Fənərbaxça”nın pley-offdakı rəqibi bilindi - YENİLƏNİB
- ÇL: Pley-off cütləri müəyyənləşdi - YENİLƏNİB
- Avropa Liqasında növbəti tura yüksələn komandalar müəyyənləşib
- AL: Liqa mərhələsinə yekun vurulub - YENİLƏNİB