"Sabah"ın avrokubok matçına satılan biletlərin sayı açıqlanıb
28.07.2025 - 16:50
"Sabah"ın avrokubok matçına satılan biletlərin sayı açıqlanıb

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək “Sabah” - “Petrokub” oyununa satılan biletlərin sayı açıqlanıb.

Apasport.az xəbər verir ki, “Bank Respublika Arena”da baş tutacaq qarşılaşma üçün artıq 3000 bilet satılıb.

Biletləri “iticket.az” saytından, həmçinin oyun günü “Bank Respublika Arena”nın kassalarından əldə etmək mümkündür. 

Qeyd edək ki, "Sabah" - "Petrokub" matçı iyulun 31-də, saat 20:00-da başlayacaq. Komandalar arasında ilk görüşdə Azərbaycan klubu 2:0 hesabı ilə qalib gəlib.