"Sabah"ın matçının hakimləri bəlli olub
04.11.2024 - 17:22
UEFA Gənclər Liqasının Çempionlar yolunun II mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Bazel” – “Sabah” matçının hakimləri bəlli olub.
Apasport.az xəbər verir ki, noyabrın 6-da keçiriləcək görüşün 4-cü hakimi azərbaycanlı Fərid Hacıyev olacaq.
O, Qazaxıstan təmsilçiləri ilə eyni briqadada yer alacaq. Matçın baş hakimi Rustam Omarov, köməkçiləri Aleksey Dolqix və Dmitri Beloqradov təyin edilib.
Qeyd edək ki, matç saat 18:00-da “ASCO Arena”da keçiriləcək.
0
0