Bu gün UEFA Konfrans Liqasının püşkatma mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, tədbir qurumun Monakoda yerləşən inzibati binasında təşkil olunub.
Mərasim Bakı vaxtı ilə saat 15:00-da start götürüb.
Turnirdə iştirak edəcək 36 komanda 6 səbətə bölünüb.
Beynəlxalq yarışda ilk dəfə iştirak edəcək “Samsunspor”un da rəqibləri bu gün bəlli olub.
Super Liqa təmsilçisinin bu mərhələdəki rəqibləri Ukraynadan "Dinamo", Polşadan "Legiya", Yunanıstandan AEK, Almaniyadan "Maynts", Maltadan "Hamrun Spartans" və İslandiyadan "Breydablik" komandaları olub.
Komanda "Dinamo", AEK, "Hamrun Spartans" ilə evdə, "Legiya", "Maynts" və "Breydablik" klubları ilə isə səfərdə qarşılaşacaq.
- AL: Zamiq Əliyevin komandası məğlub oldu - YENİLƏNİB
- ÇL: “Fənərbaxça”nın potensial rəqibləri qarşılaşıblar - YENİLƏNİB
- Dambrauskas qələbəyə köklənib - “Öz gücümüzdən istifadə edəcəyik”
- Yakob Poulsen “Sabah”ı təriflədi - “Bizi güclü rəqib gözləyir”
- Konfrans Liqası: "Başakşəhər"dən heç-heçə - YENİLƏNİB