Son 5 ildə ilk dəfə ÇL-in finalında İspaniya və İngiltərə klubları iştirak etməyəcək
                    
                    08.05.2025 - 10:58
                        
                    
                    Son 5 ildə ilk dəfə Çempionlar Liqasının finalında İspaniya və İngiltərə klubları iştirak etməyəcək.
Apasport.az xəbər verir ki, 2025-ci ildə kubok uğrunda Fransanın PSJ və İtaliyanın “İnter” klubları mübarizə aparacaq.
Sonuncu dəfə bu, 2019/2020 mövsümündə baş verib. Həmin finalda PSJ "Bavariya"ya məğlub olmuşdu - 1:0.
O vaxtdan bəri, hər finalda İspaniya və ya İngiltərədən ən azı bir komanda çıxış edib.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının final matçı mayın 31-də Münhendə baş tutacaq.
                                
                                0
                                
                                0