Stern Con: “Belə nəticə gözləmirdim”
27.03.2026 - 21:52
Azərbaycan millisi "FIFA Series – 2026" beynəlxalq turnirində Sent Lüsia millisini darmadağın edib - 6:1.
Apasport.az xəbər verir ki, matçdan sonra qonaqların baş məşqçisi Stern Conun mətbuat konfransı keçirilib.
"Belə nəticə gözləmirdim. Rəqibin bizə təzyiq göstərəcəyini bilirdik. Sadə səhvlər etdik. Belə olanda isə mütləq cəzalandırılırsan. Buraya gəlmək üçün uzun yol qət etmişik. Oyunçular üçün təcrübə oldu. Avropa komandasına qarşı oynadılar. Amma bir oyun keçirmək bizi məyus edir".
0
0