Tedesko: “Kerem "Fənər"də olduğu üçün xoşbəxtik”
03.10.2025 - 00:17
Tedesko: “Kerem "Fənər"də olduğu üçün xoşbəxtik”

"Fənərbaxça" UEFA Avropa Liqasının əsas mərhələsinin II turu çərçivəsində "Nitsa"nı 2:1 hesabı ilə məğlub edib.

Apasport.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında İstanbul klubunun baş məşqçisi Domeniko Tedesko fikirlərini bölüşüb.

“Təlim-məşq prosesi ilə bağlı fikrim yoxdur. Mən burada deyildim. İkinci hissədəki enişin səbəbi, komandanın ilk hissədəki yüksək tempidir. Dünən Marko Asensio məşqdə yox idi, qrip idi, amma hərarəti yox idi və oynamasına qərar verdik. Lakin 60-cı dəqiqədə çıxardıq, çünki gücü tükənmişdi. Meydanda olan hər kəs komandaya kömək etdi".

Baş məşqçi eyni heyətlə oynamağın çətinliyindən danışıb: “3-4 gündən bir oyun keçirdiyiniz zaman, eyni 11-liklə oynamaq asan deyil. Yeni oyunçulara ehtiyacınız olur. Sonradan meydana daxil olanlar da kömək etdilər. Mən istəyirəm ki, start heyəti ilə bağlı seçim şansım olsun. Bu gün komanda ardıcıl ikinci dəfə yüksək nəticə əldə etdi. Bu böyük addımdır. Bəzən də istədiyinizi edə bilmirsiniz. Kerem bu gün 2 qol vurdu. Onun, komandanın və azarkeşlərin adına çox xoşbəxtəm. Nene gənc oyunçudur, daha çox oyun təcrübəsinə və inam qazanmağa ehtiyacı var. Çox yaxşı çıxış edir. Potensialı olan bir gəncdir".

Tedesko Keremin rolunu xüsusi vurğulayıb: "Keremin rolu çox vacib idi. O, qol vurmasa belə, tempini, səylərini və komandasına verdiyi dəstəyi görmək mümkündür. Enerjisi bitəndə onu çıxarmaq məcburiyyətində qaldıq. Yüksək səviyyəli və ağıllı oyunçudur. Kerem "Fənərbaxça"da olduğu üçün xoşbəxtik. Biz onu bəzən cinahda, bəzən mərkəzdə istifadə edirik".

İtaliyalı mütəxəssis Yusif En-Nesrinin oyununu da dəyərləndirib: "En-Nesrinin çıxışını sadəcə vurduğu qollarla ölçmürəm. Onun nə qədər qaçdığını, meydanda nələr etdiyini görürsünüz. Baş məşqçi üçün əsas olan bunlardır. 7 gün əvvəl hər şey çox pis görünürdü, bu gün isə hər şey çox yaxşı… Əslində belə deyil. Zaqrebdə uduzanda hər şey pis deyildi, bu gün də hər şey çox yaxşı deyil".