Tunis məğlubiyyətdən sonra baş məşqçisini dəyişdi: Renar milliyə gətirildi
16.06.2026 - 11:03
Tunis məğlubiyyətdən sonra baş məşqçisini dəyişdi: Renar milliyə gətirildi

DÇ-2026-da mübarizə aparan Tunis millisinin yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az xəbər verir ki, bu barədə Tunis Futbol Federasiyası məlumat yayıb.

Yığma komanda fransalı mütəxəssis Erve Renara tapşırılıb. O, bu postda DÇ-2026-nın qrup mərhələsinin ilk turunda İsveçə 1:5 hesablı məğlubiyyətdən sonra istefaya göndərilən Sabri Lyamuşini əvəzləyib.

Renar daha əvvəl Səudiyyə Ərəbistanı millisini, həmçinin Fransanın qadınlardan ibarət yığmasını çalışdırıb.

Qeyd edək ki, F qrupunda yer alan Tunis növbəti oyununu iyunun 21-də Yaponiya millisinə qarşı keçirəcək.