UEFA İntizam Komitəsi “Qarabağ”ı cəzalandırıb.
Apasport.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna Ağdam təmsilçisinin U-19 komandasının UEFA Gənclər Liqasının IV turunda evdə “Çelsi” ilə keçirilən oyun zamanı azarkeşlərinin davranışı səbəb olub.
Məlumata görə, “Qarabağ” azarkeşləri rəqib futbolçusuna qarşı irqçi ifadələr səsləndiriblər. Bu səbəbdən UEFA klubun 5000 avro məbləğində cərimələnməsi barədə qərar qəbul edib.
Bundan əlavə, klub növbəti ev oyununu azarkeşsiz keçirmək şərti ilə cəzalandırılıb. Əgər “Qarabağ” azarkeşləri bu müddət ərzində təkrar irqçi hərəkətlərə yol verərlərsə, cəza qüvvəyə minəcək.