Bu gün UEFA Superkubokunun qalibi müəyyənləşib.
Apasport.az xəbər verir ki, həlledici qarşılaşmada PSJ və “Tottenhem” komandaları üz-üzə gəliblər.
Matç İtaliyanın Udine şəhərində təşkil olunub. Görüşə ingiltərəlilər üstün başlayıb. "Mahmızlar" ardıcıl iki qol vurub. Lakin qarşılaşmanın sonlarında parislilər hesabı bərabərləşdirməyi bacarıb. Qalib isə penaltilər seriyasında bəlli olub. Burada daha dəqiq olan Fransa təmsilçisi tarixində ilk dəfə Superkubokun qalibi adına yiyələnib.
UEFA Superkuboku
23:00. PSJ - “Tottenhem” 2:2, pen. 4:3
Qollar: Kan-İn Li, 85, Qonçalo Ramoş, 90 - Miki Van de Ven, 39, Kristian Romero, 48
- FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi təşkil olunacaq
- ÇL: “Barsa” PSJ-yə məğlub oldu - YENİLƏNİB
- Valdas Dambrauskas: “Bu, bizdə məyusluq yaratdı”
- Niko Kovaç: “Sabah”ı təbrik etmək lazımdır”
- “Sabah” - “Borussiya” matçının ən yaxşı futbolçusu bəlli olub