Bu gün keçiriləcək DÇ-2026-nın finalında İspaniya və Argentina yığmaları üz-üzə gələcəklər.
Apasport.az xəbər verir ki, İspaniya millisinin və “Barselona”nın sabiq futbolçusu Xavi Ernandes Argentina yığmasının kapitanı Lionel Messi haqqında fikirlərini bölüşüb.
“Əvvəla, onu dostum hesab edirəm. Bizi çox gözəl şəxsi münasibətlər bağlayır. Qalan məsələlərə gəlincə… Onu təsvir etmək üçün artıq söz tapa bilmirəm. Həmişə ona deyirəm ki, sənə nə deyəcəyimi bilmirəm.
Bütün nailiyyətlərinə baxmayaraq, inanılmaz dərəcədə təvazökar qalmasına və mübarizəni davam etdirməsinə heyranıq. O, əsl döyüşçüdür, qələbə qazanmağa aludə olub. Üstəlik, komandasının mənəvi lideri rolunu da mükəmməl şəkildə yerinə yetirir”, - deyə Xavi bildirib.