
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Sabah" - "Levski" matçından (0:2) sonra qonaqların baş məşqçisi Xulio Velaskesin mətbuat konfransı keçirilib.
Apasport.az xəbər verir ki, mütəxəssis matçla bağlı fikirlərini bölüşüb.
"Nəticəyə görə özümü xoşbəxt hiss edirəm. Komandam ilk dəqiqələrdən tapşırığı yerinə yetirdi. Evdə qazandığımızı qorumaq haqda fikirləşmirdik. Burada da qələbə qazanmaq istəyirdik. Komandamla fəxr edirəm. Çətin oyun oldu. Rəqib keyfiyyətli oyunçulardan təşkil edilib. İndividual ustalığa görə bizə çətinlik yaratdılar. Amma biz pley-offdayıq".
- Komanda Bolqarıstandakı oyunla müqayisədə, Bakıda daha rahat görünürdü. Fərq nə idi?
- Heyətə baxsaq, yalnız bir oyunçu dəyişikliyi görə bilərik. Sanqare meydanda yox idi. Amma ümumilikdə niyə rahat görünürdük? Çünki futbolçular bilirdilər ki, meydanda nəyi etməlidirlər. Mənim qoyduğum tapşırıqları fədakarcasına və yüksək keyfiyyətlə yerinə yetirdiyi üçün komandam daha rahat görünürdü.
- "Sabah"ın heyətində hansısa futbolçunu xüsusi dəyərləndirərdiniz?
- "Sabah"ın yaxşı baş məşqçisi var. Fərdi olaraq hansısa oyunçuları fərlqəndirməyi oxşlamıram. Zedadka İspaniyada mənim oyunçum olub. Digər fərdi ustalığı olan oyunçular da var. "Sabah"ın baş məşqçisi bu cür komanda yaratdığı üçün ona təşəkkür düşür. Əminəm ki, klubun transfer bazarında çəkisi var.