
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununa çıxacaq.
Apasport.az xəbər verir ki, millimiz Karvina şəhərində Çexiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Karvina şəhər stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Qarşılaşmanı Şimali Makedoniyadan olan hakimlər briqadası idarə edəcək.
Avropa çempionatı, seçmə mərhələ
Çexiya (U-21) - Azərbaycan (U-21)
Karvina şəhər stadionu. Saat 20:00
Baş hakim: Yovan Kaçevski
Baş hakimin köməkçiləri: Daniel Vasilevski, Aleksandar Gyorgyeski
Dördüncü hakim: Krumislav Gyorgiev
(Hakimlər briqadası Şimali Makedoniyadandır)
- Amputant futbolu üzrə Millətlər Liqasının bəzi oyunları Bakıda keçiriləcək
- Ukrayna yığması Azərbaycanla oyundan öncə daha iki itki ilə üzləşib
- Azərbaycanın U-17 millisinin heyəti bəlli olub
- Yığmamızın Çexiya və Şotlandiya ilə oyunlar üçün heyəti açıqlanıb
- “Qəbələ”nin futbolçusu dünya çempionatında fərqlənib