Macarıstan-Qazaxıstan matçında təhlükəli an: KAMERA GÖYDƏN MEYDANA DÜŞDÜ - VİDEO
10.06.2026 - 10:21
Macarıstan-Qazaxıstan matçında təhlükəli an: KAMERA GÖYDƏN MEYDANA DÜŞDÜ  - VİDEO

Qazaxıstan və Macarıstan milliləri arasında keçirilən yoxlama matçında insident baş verib.

Apasport.az xəbər verir ki, oyun zamanı üst kamera meydana aşıb.

Kamera öncə alovlanıb və dayaq kabeli yanıb.

Daha sonra isə operatordan bir metr uzağa düşüb. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Qeyd edək ki, matç Macarıstanın 3:1 hesablı qələbəsi ilə başa çatıb.