Azərbaycan boksçuları martın 4-də Monteneqronun Budva şəhərində start götürəcək gənclər arasında "Adriatik incisi" beynəlxalq turnirinə qatılacaqlar.
Apasport.az xəbər verir ki, 8 gün davam edəcək yarışda məşqçilər Yadigar Məmmədov, Ceyhun Əbiyev və Elvin Məmişzadənin rəhbərliyi altında Aydın Qasımov (55 kq), Əli Baxışov (60 kq), Vüsal Xəlilov (65 kq), Rza Rzayev (70 kq), Renat Qiyaslı (75 kq), İsmayıl Vəliyev (80 kq), Heydər Əzməmmədov (85 kq), Zaur Səmədov (90 kq) və Səfdər Məmmədzadəyə (+90 kq) mübarizə aparacaqlar.
"Adriatik incisi"ndə İlqar Qasımzadə hakimlər sırasında yer alacaq.
- Yeniyetmə boksçularımız Şamaxıda hazırlığa başlayıb
- Boksçularımız Banqkokda Olimpiya Təsnifat Turnirində iştirak edəcəklər
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Yeniyetmə boksçular arasında Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Ölkə çempionatında qız boksçuların yarışı başa çatıb